Home » Peşə təhsili müəssisələrinin adambaşı maliyyələşməsinə 30,7 milyon manat ayrılacaq

Peşə təhsili müəssisələrinin adambaşı maliyyələşməsinə 30,7 milyon manat ayrılacaq

by Zeyneb
0 comments 1 views 0 minutes read

Bu il Azərbaycanda 11 min nəfərə yaxın təhsilalanı əhatə edəcək uğurlu peşə təhsili müəssisələrinin mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçirilməsi üçün 30,7 milyon manat vəsait ayrılacaq.

BBN.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bununla yanaşı, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı proqramı üzrə 2026-cı ildə əlavə 100 təhsil qrantı nəzərə alınmaqla, ümumilikdə 282 təhsil qrantının maliyyə təminatı üçün 3,7 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, bu addımlar peşə təhsilinin keyfiyyətinin artırılmasına, maliyyə mexanizmlərinin təkmilləşdirilməsinə və beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.