Home » “Pilot özəl icra sisteminin qurulması” fəaliyyəti çərçivəsində ABA ilə görüş keçirilib

“Pilot özəl icra sisteminin qurulması” fəaliyyəti çərçivəsində ABA ilə görüş keçirilib

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

22 fevral 2023-ci il tarixində “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi çərçivəsində icra olunmuş “Pilot özəl icra sisteminin qurulması” fəaliyyətinə dair Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə xarici məsləhətçilər arasında görüş keçirilmişdir. 

Görüşdə fəaliyyətin icrası məqsədilə Dünya Bankının European Management Solutıons Germany GmbH”/Almaniya (əsas məsləhətçi) və İcra Məmurlarının Beynəlxalq İttifaqı/Fransa şirkətlərinin konsorsiumundan ibarət olan Məsləhətçilər iştirak etmişdilər.

Əlavə edək ki, Layihə üzrə Əlavə Maliyyələşdirilmə çərçivəsində “Pilot özəl icra sisteminin qurulması” fəaliyyətinin icrası nəzərdə tutulmuşdur. Fəaliyyətin məqsədi qabaqcıl beynəlxalq təcrübəyə əsasən pilot özəl icra sisteminin yaradılmasına, tətbiqinə və qiymətləndirilməsinə yönəlmiş tövsiyələrin hazırlanmasında Ədliyyə Nazirliyinə dəstək olmaqdan ibarətdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.