Home » Platin 17 ilin maksimumuna yüksəlib

Platin 17 ilin maksimumuna yüksəlib

by Zeyneb
0 comments 0 views 1 minutes read

Platinin qiyməti artımını davam etdirərək son 17 ilin maksimumunu yeniləyib. Trading Economics yazır ki, qiymətli metalın bahalaşması ABŞ-də pul-kredit siyasətinin yumşaldılacağına dair gözləntilər, eləcə də platin çatışmazlığı riski ilə əlaqədardır.

Ticarət zamanı platin üzrə fyuçerslərin qiyməti Bakı vaxtı ilə saat 13:50-də troya unsiyası üçün 1 950 dollar və daha yüksək səviyyəyə qalxıb ki, bu da 2008-ci ildən bəri ən yüksək göstəricidir. İlin əvvəlindən etibarən platin qiymətləri 2,2 dəfə artıb.

Kotirovkaların yüksəlməsinə ABŞ Federal Ehtiyat Sisteminin (FED) əsas faiz dərəcəsini daha da endirəcəyi ilə bağlı gözləntilər dəstək verir. Xatırladaq ki, FED 10 dekabr tarixində uçot dərəcəsini 25 baza bəndi azaldaraq illik 3,5–3,75% səviyyəsinə endirib. Pul-kredit siyasətinin yumşaldılması əsasən əmək bazarındakı vəziyyətin pisləşməsi ilə əlaqələndirilir. Belə ki, noyabr ayında ABŞ-də işsizlik səviyyəsi 4,6%-ə yüksələrək son dörd ilin maksimumuna çatıb.

Eyni zamanda Ümumdünya Platin İnvestisiyaları Şurası (World Platinum Investment Council – WPIC) bildirib ki, 2025-ci ildə qlobal bazarda platin çatışmazlığı 69,2 min unsiya təşkil edəcək. Bu proqnoz da bazarda qiymətlərin yüksəlişini dəstəkləyən əsas amillərdən biri kimi qiymətləndirilir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.