
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin icrasını təmin etmək məqsədilə yeni Fərman imzalayıb.
BBN.az xəbər verir ki, sənəd Konstitusiyanın 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərinə əsasən imzalanıb və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli 330-VIIQD nömrəli Qanunun tətbiqini əhatə edir.q
Fərmana əsasən, Prezidentin 30 avqust 2000-ci il tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilib. Belə ki, həmin sənədin 1.8-ci və 1.11-ci bəndlərində yer alan “76-1-ci” sözləri “76-1.1-ci” sözləri ilə əvəz olunub. Bu dəyişiklik Vergi Məcəlləsində edilən son düzəlişlərlə uyğunlaşdırma məqsədi daşıyır.
Bununla yanaşı, Nazirlər Kabinetinə sözügedən qanundan irəli gələn məsələlərin həlli tapşırılıb.
Qeyd olunub ki, Fərman 1 yanvar 2026-cı il tarixindən tətbiq edilir.
Sənəd 26 yanvar 2026-cı il tarixində Bakı şəhərində imzalanıb.





