Home » “Pərakəndə Bankçılıq İşçi Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

“Pərakəndə Bankçılıq İşçi Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

by anar
0 comment 11 views 1 minutes read

28 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Pərakəndə Bankçılıq İşçi Qrupu”nun “Zoom” platforması üzərindən ilk onlayn iclası keçirilmişdir.

İclasda “Pərakəndə Bankçılıq İşçi Qrupu”nun fokuslanacağı məsələlər, həmçinin həyat sığortasının istehlak kreditlərinə tətbiqi üzrə müzakirə aparılmışdır. Eyni zamanda görüşdə Ekspert Qrupunun növbəti iclasının vaxtı və formatı müəyyən edilmişdir.

Əlavə edək ki, Ekspert Qrupu pərakəndə bankçılıqda müştəri məmnuniyyətinin yüksəldilməsi, əməliyyatların optimallaşdırılması, eləcə də bu yöndəki kreditləşmənin və xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.