Qərbi Avropa ölkələrində təmassız ödənişlərin həcmi rekord həddə çatıb

Rəqəmsallaşmanın ən sürətlə yayıldığı regionlardan biri olan Qərbi Avropa regionunda təmassız ödənişlər tendensiyası da çox sürətlə inkişaf edib. Belə ki, regionun ən güclü inkişaf edən ölkələrindən olan Almaniya, Avstriya və İsveçrədə təmassız ödənişlər ümumi rəqəmsal ödənişlərin böyük hissəsini təşkil edib. Almaniyada sözügedən göstərici 77%, Avstriyada 82%, İsveçrədə isə 80% səviyyəsində qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, sözügedən ölkələrdə 2019-cu ilin ortalarında, koronavirus pandemiyasının sürətlə inkişaf etdiyi dövrdə təmassız ödənişlərin həcmi 40% civarında dövr edirdi. Təmassız ödənişlərin ən geniş yayıldığı ölkə isə Çin Xalq Respublikasıdır. “WeChat Pay” və “AliPay” kimi nəhəng ödəniş texnologiyalarına sahib olan ölkə ABŞ-ı qabaqlayaraq birinciliyini qoruyub saxlayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır