Home » Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri arasında görüş keçirilib

Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri arasında görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Sentyabrın 8-də Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri arasında görüş keçirilib.

Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak ediblər.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış ediblər.

Sonra tədbir iştirakçıları ilə sual-cavab sessiyası keçirilib, müzakirələr aparılıb.

Tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olunub.

Müzakirələr zamanı mövcud donorlarla əməkdaşlığın genişləndirilməsinin, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsinin, cəmiyyətin müxtəlif təbəqələri ilə yanaşı maliyyə və bank sektorunun, potensial donorların həmrəylik göstərərək prosesə cəlb olunmasının vacibliyi xüsusi vurğulanıb.

Sonda işğaldan azad olunan ərazilərdə görülən işlərə dəstək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən bank sektorundan olan donorlara xüsusi “İanə Sertifikatı” təqdim edilib.

Görüşdə iştirak edən “PAŞA Bank” ASC, “Kapital Bank” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Unibank” ASC, “Ziraat Bank Azərbaycan” ASC, “Rabitəbank” ASC, “Bank of Baku” ASC, “Günay Bank” ASC, “Muğanbank” ASC, “Turanbank” ASC, “Yelobank” ASC, “Expressbank” ASC, “Aqrarkredit” QSC, “Azər-Türk Bank” ASC Qarabağ Dirçəliş Fonduna ümumilikdə 2,550,000 AZN ianə edib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.