Qarşıdakı qış üçün Almaniyanın təbii qaz ehtiyatı 90%-dir

“Qarşıdakı qış üçün Almaniyanın təbii qaz ehtiyatı 90% doludur”.

BBN.az xəbər verir ki, bu haqda Avropa enerji data platformasının məlumatında deyilib.

Almaniya hökuməti planlaşdırır ki, noyabra qədər ehtiyatı 95%-ə çatdırsın. Ehtiyat hökumətə Rusiya təbii qaz idxalı olmadan qışdan çıxmaq üçün olduqca əhəmiyyətlidir. 

Bazar ertəsi günü ölkənin İqtisadiyyat naziri Robert Habeck deyib ki, “Almaniyada ehtiyat çox yüksəkdir, əgər bir qədər hava ilə bağlı şanslı olsaq, bu halda qışdan rahat şəkildə çıxa bilərik”. 

O, deyib ki, qışın sonunda istifadədən dolayı ehtiyat tamamilə qurtaracaq. Almaniya alternativ təbii qaz resurslarının axtarışındadır.

Rusiya fevralda Ukraynanı işğal etməmişdən öncə Avropa Birliyinin təbii qaz ehtiyatının 40%-ni qarşılayırdı. 

Almaniyaya təbii qaz, həmçinin, Norveç, Niderland, Belçika kəmərləri vasitəsilə də çatdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır