Home » Qazaxıstanda etirazlar uran qiymətlərinə təsir göstərib

Qazaxıstanda etirazlar uran qiymətlərinə təsir göstərib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Mərkəzi Asiya regionunun ən böyük ölkələrindən olan Qazaxıstan Respublikasında hökumət əleyhinə keçirilən etirazlar intensiv şəkildə davam edir. Hökumətin istefa verməsi ilə nəticələnən etiraz dalğası ölkə iqtisadiyyatının bir çox seqmentlərini zəiflədib və istehsalat proseslərinin bəzi sahələrdə dayanmasına gətirib çıxarıb. Bu isə, öz növbəsində xammal qiymətlərinə təsirsiz ötüşməyib.

Etirazların ən böyük təsir göstərdiyi sahələrdən biri də uran qiymətlərində müşahidə olunub. Belə ki, dünyanın ən qiymətli metallarından olan uran ehtiyatlarının 15%-ə qədəri Qazaxıstan ərazisində yerləşir. 2019-cu ildə 22808 ton, 2020-ci ildə isə 19477 ton uran istehsal edən ölkə ümumi beynəlxalq istehsalın 40%-ini özündə cəmləşdirib. Etirazlardan dərhal sonra, beynəlxalq bazarda uranın funt (0.45 kiloqram) qiyməti 42 dollardan 45.25 dollara qədər yüksəlib.

Dünyanın ən böyük uran hasilatçısı olan “NAC Kazatomprom” şirkətinin isə London birjasında səhmləri 11%-lik geriləməyə məruz qalıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.