
Qeyri-bank (private credit) bazarı son illərdə sürətlə genişlənərək təxminən $2 trilyon dəyərə çatıb. Lakin bu sahənin şəffaflıqdan uzaq olması və tənzimlənmədən kənarda böyüməsi maliyyə sabitliyi üçün potensial risklər yaradır. JPMorgan CEO-su Jamie Dimon bu bazarı “növbəti böhran mənbəyi” kimi dəyərləndirərək investorları ehtiyatlı olmağa çağırıb.
Ekspertlərin fikrincə, bu sektorun sürətlə böyüməsi ilə yanaşı, risk qiymətləndirilməsi və borcalanların sağlamlığı ilə bağlı məlumatların azlığı sistemik sabitliyə təhdid yarada bilər. 2008 böhranı ilə paralellər də məhz bu səbəbdən çəkilir.
Bu səbəbdən tənzimləyici orqanlar və investorlar sözügedən bazarda olan “kölgə risklərə” qarşı daha diqqətli və şəffaflıq yönümlü yanaşmalar tətbiq etməyə çağırılır.
🔗 Ətraflı: FT.com – Private credit bazarında təhlükələr




