Home » Qlobal inflyasiya renkinqi

Qlobal inflyasiya renkinqi

by bbnadm
0 comments 0 views 1 minutes read

ABŞ-ın Mərkəzi Bankının (FED) ardıcıl faiz artımı qərarlarından sonra, ölkədə benzinin qiyməti 4 dollardan aşağı düşüb, bankın prezidenti Jerome Powell ötən gün açıqlamasında isə demişdir ki, inflyasiya ilə mübarizə aparmaq üçün yeni faiz artımı gözlənilir. Dünyanın ən güclü iqtisadiyyatının olduğu ABŞ-da inflyasiya 8.5%-dir.

Səudiyyə Ərəbistanı ilə bağlı proqnozlar isə müsbətdir. “The Economist” nəşri özünün hazırladığı video məlumatda deyib ki, Ukrayna-Rusiya müharibəsi fonunda bu ölkə neft və təbii qaz ilə bağlı digər ölkələrə ən yaxşı tərəfdaş kimi görünür. Məsələn, International Monetary Fund-ın (IMF) hesabatına, əsasən 2022-ci ildə Səudiyyə Ərəbistanı dünyanın ən sürətlə böyüyən iqtisadiyyatına malik olan ölkələrindən biri olacaq. Burada Ümumi Daxili Məhsul (ÜDM) 7.6%-ə qədər böyüməsi gözlənilir. Elə buna görə də hazırda Səudiyyə Ərəbistanında inflyasiya 2.7%-dir. Ötən həftə Çinin Mərkəzi Bankı əsas bir illik kredit faiz dərəcələrini 5 baza bəndi azaldaraq 3.65%-ə, 5 illik faiz dərəcələrini isə 15 baza bəndi azaldaraq 4.3%-ə çatdırmışdı. İnflyasiya dərəcəsi Səudiyyə Ərəbistanı ilə eni 2.7%-dir.

Böyük Britaniyada da inflyasiya ilə mübarizə hökumətin 1 nömrəli prioritetlərindən biri hesab edilir, ancaq Milli Statistika Komitəsi özünün açıqladığı məlumatda bildirmişdi ki, ölkədə illik inflyasiya 10.1%-dir.

Rusiya və Ukrayna müharibəsi bir çox ölkələr üçün müsbət tərəfi olsa da, Avrozona regionu üçün bunu demək olmur. Avrozonada inflyasiya 8.9%-dir. Regionda baş verən müharibə ən çox Avropa İttifaqı (Aİ) ölkələrinə təsir etməkdədir və ən yüksək inflyasiya rəqəmləri də buradadır.
Rəqəmləri tərtib edən isə tədqiqatçı Charlie Bilello-dur. Digər rəqəmləri isə aşağıdakı renkinqdən izləyə bilərsiniz.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.