Home » Qlobal iqtisadi qeyri-müəyyənlik 5 ilin ən yüksək həddinə çatıb

Qlobal iqtisadi qeyri-müəyyənlik 5 ilin ən yüksək həddinə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Aprel ayında qlobal iqtisadi qeyri-müəyyənlik 5 ilin ən yüksək həddinə çatıb.

BBN.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən yayımlanan son hesabatda qlobal iqtisadi qeyri-müəyyənlik indeksinin dəyəri 2020-ci ildən bəri ən yüksək həddə yüksəlib.

Belə ki, 2025-ci ilin aprel ayında qeyri-müəyyənlik indeksi əvvəlki ayla müqayisədə 52% artaraq 33,2 bal səviyyəsində qeydə alınıb. Bu göstərici pandemiyanın qlobal təsirlərinin müşahidə olunduğu 2020-ci ilin mart-aprel aylarından bu yana ən yüksək səviyyədir.

Qlobal qeyri-müəyyənliyə səbəb olan əsas amillərdən biri ABŞ Prezidenti Donald Trampın ayın əvvəlində xarici ölkələrə tətbiq olunacaq yeni gömrük tariflərini açıqlaması olub. Tariflərin elanından sonra ABŞ və Çin arasında qarşılıqlı şəkildə rüsumların 125%-dək artırılması dünya iqtisadiyyatında narahatlıqları daha da dərinləşdirib.

Bununla belə, OECD-nin rəsmi sosial media hesabında yayımlanan son məlumatlarda bildirilir ki, son günlər indeksdə nisbətən azalma müşahidə olunur. Bu vəziyyətə səbəb kimi ABŞ-ın gömrük tariflərini 90 gün müddətinə təxirə salması və müxtəlif ölkələr arasında razılaşma istiqamətində verilən optimist açıqlamalar göstərilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.