Home » Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İslam İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İslam İnkişaf Bankı (İİB) Qrupunun Ölkə əməliyyatları üzrə meneceri Dr. Farid Ahmed Khanın Azərbaycana səfəri çərçivəsində bankın nümayəndələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində olublar.

Nümayəndə heyəti ilə keçirilmiş görüşdə ölkəmizlə bank arasında cari əməkdaşlıq məsələləri və İİB tərəfindən maliyyələşdirilə biləcək potensial layihələrlə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, “ağıllı şəhər”, “ağıllı kənd”, xüsusilə də şəhərlərin transformasiyası sahəsində layihələrin bank tərəfindən dəstəklənməsi, rəqəmsal transformasiya sahəsində bankın texniki dəstəyinin əldə edilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, qarşı tərəf işğaldan azad olunmuş ərazilərimizdə İKT, nəqliyyat və infrastruktur sahəsində konkret layihələrin maliyyələşdirilməsində əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.