Home » Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilmişdir

Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, hədəflərin və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın ictimaiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda missiyanın ötürücü vasitəsi və mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, Mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi, maliyyə bazarları və s. mövzularda təlimlər təşkil olunur.

Bu prosesin davamı olaraq yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq nəzərdə tutulan tədbirlərdən biri kimi 15 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün videokonfrans formatında növbəti təlim keçirilmişdir.

Mastercard şirkəti ilə birgə keçirilmiş təlim jurnalistlərin bu istiqamətdə biliklərini artırmaqla yanaşı, onlar tərəfindən maliyyə xidmətləri üzrə rəqəmsal həllər və təhlükəsizlik məsələləri mövzusunda hazırlanan reportajların effektivliyinin artırılmasına, nağdsız ödənişlər sahəsində maarifləndirmə, təbliğat tədbirlərinin həyata keçirilməsi işində kömək edəcəkdir.

Təlim iştirakçılarına rəqəmsal ödənişlər sahəsində qlobal səviyyədə baş verən son trendlər, yeni texnoloji innovasiyalar sayəsində daha müasir ödəniş alətlərindən istifadə imkanları, Mastercard şirkətinin rəqəmsal ödənişlər üzrə təklif etidiyi innovativ həllər barədə ətraflı məlumat verilmişdir.

Bunlarla yanaşı kartlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək üzrə daha effektiv təbliğat və təşviqat kompaniyalarının təşkili, əhali arasında maarifləndirmənin artırılması istiqamətində səylərin artırılmasına dair müzakirələr aparılmışdır.

Təlim zamanı təqdim olunan mövzular barədə jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmış, sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.