Home » “Rəqəmsal iqtisadiyyat şəraitində bank biznesinin transformasiyası. Dəyər yaratmaq üçün yeni strategiyalar” mövzusunda vebinar keçirilmişdir

“Rəqəmsal iqtisadiyyat şəraitində bank biznesinin transformasiyası. Dəyər yaratmaq üçün yeni strategiyalar” mövzusunda vebinar keçirilmişdir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Porqramı”nın icrası çərçivəsində rəqəmsal bankçılıq xidmətləri sahəsində bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə aparılan tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “IDNT” Şirkəti ilə birgə bank mütəxəssislərinin bilik və bacarıqlarının daha da artırılması məqsədilə növbəti vebinar keçirilmişdir.

Vebinar 4 avqust 2020-ci il tarixində Zoom platforması vasitəsilə “Rəqəmsal iqtisadiyyat şəraitində bank biznesinin transformasiyası. Dəyər yaratmaq üçün yeni strategiyalar” mövzusunda baş tutmuşdur. Vebinarın təlimçisi şirkətin təsisçisi və icraçı direktoru, pərakəndə təcrübənin layihələşdirilməsi üzrə rəhbəri Mikola Çumak olmuşdur.

Vebinarda 80 nəfər bank və digər təşkilat nümayəndələri iştirak etmişdir. Qarşılıqlı müzakirələr əsasında keçirilən vebinarda iştirakçıların sualları cavablandırılmışdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.