Home » Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub

by anar
0 comment 5 views 1 minutes read

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyevin iştirakı ilə ABŞ-nin Vaşinqton şəhərində ilk işgüzar səfər baş tutub.

Səfərin birinci günündə ABŞ Dövlət Departamenti, ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən “Avrasiyadakı geosiyasi dəyişikliklər fonunda ABŞ-nin maliyyə siyasəti” mövzusunda brifinq təşkil edilmişdir. Növbəti hissədəki görüş Amerika Banklar Assosiasiyasının (Assosiasiya) Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyası ilə olmuşdur.

Bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsi məqsədilə təşkil olunan səfərdə Assosiasiya tərəfindən “Amerika bankları ilə müxbir bank əlaqələrinin qurulması: sadədən ən yaxşı təcrübələrə qədər” mövzusunda, bank sektorundakı qlobal trendlər, süni intellektin maliyyə sahəsindəki rolu, risklərin idarə edilməsi, komplayns və s. mövzularda müzakirələr aparılmış, suallar cavablandırılmış, belə görüşlərin davamlı olmasının əhəmiyyəti və birgə maarifləndirici tədbirlərin keçirilməsinin önəmi vuğulanmışdır.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.