
Rabitəbank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən təşkil olunan “Bankçılıq Mükafatları – 2025” tədbiri çərçivəsində 4 mühüm nominasiya üzrə mükafata layiq görülüb. Bankın il ərzində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlər, innovativ yanaşmaları və sosial məsuliyyət təşəbbüsləri nüfuzlu mükafatlarla yüksək qiymətləndirilib.
Rabitəbank “Korporativ sosial məsuliyyət”, “Təhsil dəstəkçisi”, “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi” və “Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank” nominasiyaları üzrə qaliblər sırasında yer alıb.
Qazanılan bu mükafatlar Rabitəbankın dayanıqlı inkişaf strategiyasının, müştəriyönümlü yanaşmasının və innovativ həllərə verdiyi önəmin real göstəricisi kimi çıxış edir. Eyni zamanda, bankın maliyyə sektorunda tutduğu mövqenin daha da möhkəmləndiyini və ölkə iqtisadiyyatına verdiyi töhfələrin yüksək səviyyədə qiymətləndirildiyini təsdiqləyir.
Korporativ sosial məsuliyyət istiqamətində Rabitəbank cəmiyyətin müxtəlif təbəqələrinə yönəlmiş layihələrlə daim aktiv iştirak edir. Şəhid ailələrinə dəstək, regionlarda sosial təşəbbüslər, ekoloji layihələr və digər humanitar fəaliyyətlər bankın sosial dəyər yaratmaq missiyasının əsas hissəsini təşkil edir.
Təhsil sahəsində həyata keçirilən təşəbbüslər isə gənclərin maliyyə savadlılığının artırılması, onların inkişafına dəstək və gələcək kadr potensialının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bankın bu istiqamətdə həyata keçirdiyi layihələr həm tələbələr, həm də gənc mütəxəssislər üçün geniş imkanlar yaradır.
Rəqəmsal transformasiya strategiyası çərçivəsində Rabitəbank innovativ texnoloji həlləri tətbiq etməklə müştərilərinə daha sürətli, təhlükəsiz və rahat bank xidmətləri təqdim edir. Rəqəmsal ödənişlər sahəsində tətbiq olunan yeni məhsullar və xidmətlər bankın bu sahədə liderliyini gücləndirir.
Beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində atılan addımlar isə Rabitəbankın qlobal maliyyə institutları ilə əlaqələrinin möhkəmlənməsinə, beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə şərait yaradır.
Rabitəbank “Rahat bankçılıq” konsepsiyasına sadiq qalaraq müştərilərinə dəyər yaradan, innovativ və əlçatan xidmətlər təqdim etməyə, eyni zamanda sosial məsuliyyət prinsiplərinə əsaslanan fəaliyyətini gələcəkdə də davam etdirəcək.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.




