Home » Rabitəbankda “Asan İmza” əldə etmək mümkündür

Rabitəbankda “Asan İmza” əldə etmək mümkündür

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Ölkənin aparıcı banklarından biri Rabitəbank öz xidmət sərhədlərini genişləndirərək daha bir yeniliyi təqdim edir.

Belə ki, istənilən fiziki şəxslər bankın Baş ofis, Nəsimi, Nərimanov, Səbail, Mərkəz filiallarından birinə yaxınlaşmaqla artıq “Asan İmza” – gücləndirilmiş mobil elektron imza üçün vergi idarələrinə və “ASAN Xidmət” mərkəzlərinə getmədən filialdaca əldə edə biləcəklər. 

 “Asan İmza” mobil elektron imza vətəndaşlara mobil telefondan gücləndirilmiş rəqəmsal elektron imza kimi istifadə etmək, dövlət və özəl təşkilatların təqdim etdiyi çoxsaylı elektron xidmətlərə giriş izni əldə etmək, həmçinin müxtəlif elektron sənədləri imzalamaq imkanı verir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “Asan İmza” əl imzasına bərabərdir.

İlkin mərhələdə yalnız aktiv Bakcell nömrələrinə sahib fiziki şəxslərə xidmət olunacaq. Xidmətdən istifadə artıq aktivdir və faydalanmaq üçün yuxarıda bəhsikeçən filiallardan birinə yaxınlaşa bilərsiniz.

Qeyd edək ki, yaxın zamanda “Asan İmza”-nı Rabitəbankın digər filiallarında da əldə etmək imkanı yaradılacaq.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.