Home » Enactus Dünya Kubokunda Azərbaycanı bu komanda təmsil edəcək

Enactus Dünya Kubokunda Azərbaycanı bu komanda təmsil edəcək

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı və bp Azərbaycan şirkətinin baş sponsorluğu ilə keçirilən “2021 Enactus Azərbaycan Milli Yarışı” yekunlaşıb.

Bakı Ali Neft Məktəbi çempionatın qalibi seçilib. Sumqayıt Dövlət Universitetinin komandası 2-ci, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası isə 3-cü yerə layiq görülüb.

Qalib komandalar mükafatlandırılıb.

Qalib  komanda Azərbaycanı 14-21 oktyabr tarixlərində keçiriləcək Enactus Dünya Kubokunda təmsil edəcək. 

Qeyd edək ki, “2021 Enactus Azərbaycan Milli Yarışı”nın yarımfinal mərhələsi avqustun 25-də keçirilib və münsiflər heyəti tərəfindən 4 komanda – Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universiteti final mərhələsinə vəsiqə qazanıb. Avqustun 26-da keçirilən final mərhələsində komandalar “Enactus Azərbaycan”ın İdarə Heyətinin üzvləri qarşısında layihələrini təqdim edib və onların suallarını cavablandırıblar.

Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirən dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır, sahibkarlığı təbliğ edir. Hazırda 35-ə yaxın ölkəni təmsil edən komandalar hər il keçirilən Enactus Dünya Kubokunda öz ölkələrini və universitetlərini təmsil edirlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.