Home » Ramil İmamov “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktoru təyin olundu

Ramil İmamov “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktoru təyin olundu

by ulviyya
0 rəy 6 baxış 1 dəqiqə oxuma

“PAŞA Bank Gürcüstan” ASC-nin müşahidə şurasının qərarına əsasən, Ramil İmamov 2023-cü ilin oktyabr ayından etibarən “PAŞA Bank Gürcüstan”ın İdarə Heyətinin Sədri və Baş İcraçı direktor vəzifəsinə təyin edilib.

Bank sektorunda böyük təcrübəyə malik olan Ramil İmamov Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın Tənzimlənməsi üzrə bakalavr və magistr təhsili alıb. O, həmçinin “Duke” Universitetinin “ASEP” proqramını və “Erickson Coaching International” (Moskva) proqramını bitirib.

Ramil İmamov karyerasına “Bank of Baku” ASC-də Mikrobiznes və KOB Departamentində mütəxəssis kimi başlayıb, daha sonra filial müdiri vəzifəsinə yüksələrək satışları idarə edib və xidmət keyfiyyətini təmin edib. 2014-cü ildən fəaliyyətini  “Kapital Bank” ASC-də Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin direktoru vəzifəsində davam etdirib.  2018-ci ildən etibarən “Kapital Bank” ASC-də Baş Pərakəndə Satış inzibatçısı vəzifəsini icra edib.

O, 2023-cü ilin oktyabr ayından etibarən “PAŞA Bank Gürcüstan” ASC-nin Baş İcraçı Direktoru vəzifəsinə təyin edilib. “PAŞA Bank Gürcüstan” ASC bankçılıq, sığorta, tikinti, informasiya texnologiyaları, daşınmaz əmlak və turizm sektorlarına sərmayə yatıran PAŞA Holding investisiya qrupunun bir hissəsidir.

PAŞA Bank 2013-cü ildən Gürcüstanda fəaliyyət göstərir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.