0

19 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Regional” BOKT MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 24.10.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “Regional” BOKT MMC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2004023407 |
| İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
| Ticarət üsulu / forması | Kütləvi / Birqiymətli Hərrac |
| İstiqrazların sayı | 10,000 (ədəd) |
| İlkin ticarət qiyməti | 100 manat |
| İstiqrazların buraxılış həcmi | 1,000,000 manat |
| İllik gəlirlilik faizi | 16% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 (otuz) təqvim günündən bir ödənilir |
| Tədavül müddəti | 2 il |
| Ticarətə buraxılma tarixi | 24.10.2025 |
| Anderrayter | “Xalq Kapital İnvestisiya Şirkəti” QSC |







