Home » Rusiya Federal Xidmətinin rəhbəri ilə görüş keçirilib

Rusiya Federal Xidmətinin rəhbəri ilə görüş keçirilib

by anar
0 comments 2 views 0 minutes read

İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi müzakirə olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidmətinin rəhbəri Oleq Skufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə, daşınmaz əmlakın kadastrı və reyestri sahələrində ölkəmizdə görülmüş işlər diqqətə çatdırılıb.

Tərəflər ölkələrimizin iqtisadi sahədə əməkdaşlığı, İqtisadiyyat Nazirliyi ilə Rusiyanın Dövlət Qeydiyyatı, Kadastrı və Kartoqrafiya Federal Xidməti arasında təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarından səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərini bölüşüblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.