Home » Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə ASK-da görüş keçirilib

Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə ASK-da görüş keçirilib

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasına üzv müxtəlif şirkətlərin nümayəndələri, o cümlədən bir sıra dövlət qurumlarının rəsmiləri, sahibkarlar və ASK-nın icra aparatının əməkdaşları iştirak edib.

Görüş çərçivəsində ASK prezidentinin müşaviri Ziya Hacılı qonaqlara Konfederasiyanın  fəaliyyət istiqamətləri, missiyası, üzvləri, beynəlxalq əməkdaşlıq əlaqələri, o cümlədən Rusiya və Azərbaycan arasında mövcud olan əməkdaşlığın cari vəziyyəti haqqında ətraflı məlumat verib.

Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının Azərbaycan Respublikasındakı fəxri nümayəndəsi Mariya Suvorovskaya 4 gün davam edəcək işgüzar səfərlərinin ilkini ASK-da keçirdiklərini qeyd edərək görüş üçün təşəkkürünü bildirib.

Görüşdə Rusiyadan olan şirkətlərin fəaliyyət istiqamətləri və istehsal etdikləri məhsullar barədə təqdimatlar dinlənilib.

Görüşün sonunda hər iki ölkə arasında əməkdaşlıq üçün potensialın yüksək olduğu vurğulanıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi, yenidən müvafiq görüşlərin təşkil olunması və birgə əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.