Home » Rusiya Mərkəzi Bankı yenidən uçot dərəcəsini artırıb

Rusiya Mərkəzi Bankı yenidən uçot dərəcəsini artırıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya Mərkəzi Bankı daha bir faiz artımına gedib. Analitiklərin gözləntiləri 50 faiz bəndi olsa da, Mərkəzi Bank 100 faiz bəndi artıraraq uçot dərəcəsini 7.5%-dən 8.5%-ə qaldırıb. Mərkəzi Bankın Sədri Nabiullina bildirib ki, Rusiya Mərkəzi Bankı ölkədə istehlak qiymətləri indeksinin stabilləşdirilməsi məqsədilə uçot dərəcəsinin daha da artırılması planlaşdırılır. Əvvəlki iclasda 7.5%-ə yüksəldilən uçot dərəcəsinin 2023-cü ilədək 6% səviyyəsinə endirilməyəcəyi bildirilib. İnflyasiya göstəricisinin 4% səviyyəsinə endiyi təqdirdə, ölkədə pul dövriyyəsinin artırılması məqsədilə uçot dərəcəsinin endirilməsi nəzərdə tutulur. Hazırda ölkədə inflyasiya səviyyəsinin son 6 ildə qeydə alınan ən yüksək səviyyəsinə (8.1%) qalxmasına da toxunan sədr rəhbərlik etdiyi qurumun buna müdaxilə etməsinin vacibliyini də vurğulayıb.

Məlumat üçün qeyd edək ki, 2019 və 2020-ci illərdə Rusiya Mərkəzi Bankı ard-arda 7 dəfə faiz endiriminə gedib və uçot faiz dərəcəsi 5.5% səviyyəsində qərarlaşıb. Digər tərəfdən isə, koronavirus pandemiyasının sürətlə yayılması ölkənin iqtisadi artımının qarşısını kəskin şəkildə kəsib. Bu isə, 2020-ci ilin əvvəlində 3.5% səviyyəsində olan inflyasiya göstəricisinin sürətlə artımına şərait yaradıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.