Home » Rusiya qızılının ixracı dayandırıldı, ehtimal olunan nəticələr

Rusiya qızılının ixracı dayandırıldı, ehtimal olunan nəticələr

by bbnadm
0 comments 0 views 1 minutes read

ABŞ da daxil olmaqla, dünyanın güclü iqtisadiyyatına malik olan bir çox aparıcı ölkələri, Avropa Birliyinin bir çox üzvləri, G7 ölkələri iyulun 21-də Rusiya qızılının idxalını dayandırdılar. 

Rusiya qızılının ixracının dayandırılmasına səbəb və ölkə iqtisadiyyatına təsirləri

Rusiya dünyanın qızıl istehsalına görə ikinci ən böyük ölkəsidir, onun 2021-ci ildə dəqiq ixracı isə 15 milyard dollar olub. Çin və Avstraliya isə qızıl istehsalına görə TOP 3-dədir. 

Reuters-in məlumatına görə, ötən il Rusiya 314 ton qızıl hasil edib, bu Rusiyanın Maliyyə nazirliyinin hesabatında deyilib, bu rəqəm isə qlobal miqyasda istehsal olunan parıldayan materialın 10%-ni təşkil edir. 

“Polyus” ölkənin ən böyük qızıl istehsalçısıdır, onu isə Polymetal izləyir. İstehsalını əsasən ölkədə, kommersiya banklarına satır, daha sonra isə onu Moskva Mərkəzi Bankına satır və sonra ixrac edilir. 

Ötən onillikdə Rusiyanın qızılının böyük hissəsi Böyük Britaniyaya ixrac edilib, Comtrade-in məlumatına görə, ötən il ölkəyə 15,2 milyard dollar dəyərində qızıl satılıb.

Ticarət datasına görə, ancaq son illər Rusiyanın qızılı İsveçrə, Türkiyə, Qazaxıstana da ixrac edilib.

City Index-in maliyyə xidmətləri üçün market analitiki Fawad Razaqzada deyib ki, “ixracın dayandırılması Rusiya üçün əhəmiyyətli deyil. Qərbin sanksiyaları bir çox istiqamətlər üzrə Rusiyadan gələn idxalı dayandırmaqdır ki, qızıl da onlardan biridir”. 

Qərb bazarında təchizata təsirləri barədə

The World Gold Council (WGC) dan isə deyiblər ki, G7 ölkələri tərəfindən idxalın dayandırılmasının qlobal qızıl bazarına ciddi təsirini gözləmirlər. 

Rusiyanın qızılı isə ölkə daxilində qalacaq, yaxud da onlara sanksiya tətbiq etməyən Asiya ölkələrinə, Çin və Hindistana ixrac ediləcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.