Home » Rusiya-Ukrayna konfliktləri Avropa banklarına mənfi təsir göstərib

Rusiya-Ukrayna konfliktləri Avropa banklarına mənfi təsir göstərib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Rusiya-Ukrayna konfliktləri dünya iqtisadiyyatının bir çox fərqli sahəsinə kəskin mənfi təsir göstərib. Bankçılıq sektoru, xüsusilə də Avropa bankları bu təsirlərdən yan ötməyib.  Avropanın qabaqcıl banklarının səhmləri ortalama 7%-lik bir geriləməyə məruz qalıb.

Xüsusi olaraq, Rusiya Federasiyasında əməliyyatlarının çoxluğu ilə seçilən bankların ən çox zərərə məruz qalması müşahidə edilib. Avstriyanın “Raiffeisen Bank International” maliyyə qurumu 13.8%-lik geriləmə yaşayıb. Fransa mərkəzli “Societe Generale” 11.1%, İtaliya mərkəzli “UniCredit” isə 9.7% dəyər itirib. Moskva şəhərində təzəlikcə filial açan alman “Deutsche Bank” 9.5% geriləyib.

Digər tərəfdən isə, Rusiyanın ən böyük bankı olan “Sberbank” xaricdə yerləşən törəmə qurumları ilə bağlı çətinliklər yaşayır. Belə ki, bankın Xorvatiya və Sloveniyada yerləşən banklarından istehlakçıların sürətlə öz vəsaitlərini çəkməsi səbəbindən, bank sözügedən törəmə qurumlar üzrə gündəlik məxaric limitini müvafiq olaraq 1000 və 400 avro olaraq müəyyənləşdirib. Bununla yanaşı, “Sberbank” Xorvatiya, Sloveniya, Macarıstan, Serbiya və Bosniya Herseqovinada yerləşən törəmə qurumlarını Serbiyanın “AIK” bankına satmaq ilə bağlı razılığa gəlib.

Reuters

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.