- Avropanın təbii qaz qiymətləri 1 il əvvəllə görə 400% yüksəlib.
- Avropa İttifaqı (Aİ) ölkələri “təcili təbii qaz plan”ını işə salıblar.
- Kəsintilər Aİ-yə anbarları tam doldurmağa mane olur.
- Rusiyadan isə bildirirlər ki, sanksiyalar boru kəməri əməliyyatlarına mane olur.
Avropanın təbii qaz qiymətləri bazar ertəsi günü rekord səviyyədə – 30% artıb. Buna səbəb isə Rusiyanın Avropa üçün əsas təbii qaz kəmərlərindən biri ilə (Nord Stream 1) axını qeyri-müəyyən müddətə dayandırması xəbərindən sonra baş verib. Bu isə qarşıdakı qış aylarında təbii qaz qıtlığı və norması ilə bağlı qorxuları yenidən artırır.
BBN.az Reuters nəşrinə istinadən xəbər verir ki, cümə günü Rusiya tərəfi bildirmişdi ki, texniki problemlərdən dolayı “Nord Stream 1”-dən axını sadəcə 3 günlüyünə dayandırırlar, daha sonra isə qeyri-müəyyən müddətə tamamilə olduğu məlum olmuşdu.
Beləliklə, Avropada təbii qazın qiyməti meqavat saatına görə, 272 avroya çatıb.
Qeyd edək ki, il ərzində təbii qazın qiymətlərində belə rekord nəticələr istehlakçılara çətinlik yaratmaqla ilə yanaşı, bəzi sektorların istehsalı dayandırmasına gətirib çıxarıb. Onu da əlavə edək ki, Almaniya hökuməti bir neçə gün öncə enerji qiymətlərini nəzarətdə saxlamaq üçün 65 milyard avro dəyərində iqtisadi maliyyə paketini açıqlamışdı.