Home » Rusiyanın yeni qərarından sonra Avropada təbii qazın qiymətləri artır

Rusiyanın yeni qərarından sonra Avropada təbii qazın qiymətləri artır

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Qazprom” tərəfindən “Nord Stream 1”dən Baltik dənizi vasitəsilə təbii qazın Rusiyadan Almaniyaya çatdırılmasının müvəqqəti dayandırılması ilə bağlı gözlənilməz qərarı hər iki ölkə arasında təbii qaz ilə bağlı anlaşılmazlığın dərinləşməsinə səbəb olub.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, adıçəkilən kəmər vasitəsilə qazın müvəqqəti dayandırılması cəmi 3 gün – avqustun 31-dən sentyabrın 2-dək davam edəcək. 

“Berenberg Bank”da baş iqtisadçı işləyən Holger Schmieding deyib ki, Rusiyanın dövlət şirkəti “Qazprom”un bu elanı Avropanın Rusiya təbii qazından asılılığından istifadə etmək cəhdidir. Rusiyanın bu addımından sonra isə Avropada təbii qazın qiymətləri bazar ertəsindən bəri yüksəlməyə başlayıb.

Təbii qaz ticarəti üçün Avropa standartı olan Hollandiya TTF mərkəzində qazın ilk aylıq qiyməti bazar ertəsindən bəri 19% artaraq hər meqavat saata görə 291.5 avro, başqa sözlə 291.9 dollara yüksəlib. Narahatlıqlar isə qışda təbii qaz çatışmazlığının olacağı və Almaniyanın iqtisadi tənəzzülə gedəcəyi ilə bağlıdır. 

“Qazprom” yeni qərarı ilə bağlı cümə günü açıqlamasında deyib ki, kəmər vasitəsilə təbii qaz axınının dayandırılması işləkliyini itirən kompressorlardan birinin yenilənməsi ilə bağlıdır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.