Home » Sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarına vergi güzəştləri verilib – Video

Sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarına vergi güzəştləri verilib – Video

by anar
0 comments 0 views 1 minutes read

Məlum olduğu kimi, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və sənaye sahələrinin inkişaf etdirilməsində mühüm istiqamətlərdən biri də ölkənin ayrı-ayrı şəhərlərində sənaye məhəllələrinin yaradılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Vergi Məcəlləsinə son dəyişikliklərdə həmin məhəllələrin inkişafının dəstəklənməsi məqsədilə bir sıra stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişiklikdə dövlət tərəfindən yaradılan sənaye məhəllələrinin ərazisində istifadə etdikləri torpaq sahələrinə və həmin ərazidə yerləşən əmlaklarına görə idarəedici təşkilatlar və operatorlar torpaq və əmlak vergilərindən azad olunublar. Bu güzəştlər sənaye parkları üzrə idarəedici təşkilatlara və operatorlara münasibətdə müəyyənləşdirilmiş stimullaşdırıcı tədbirlərlə eynilik təşkil edir.

Əmlak və torpaq vergiləri üzrə güzəştlər sənaye məhəllələrinin idarəedici təşkilatları və operatorlarının maliyyə dayanıqlılığına müsbət təsir göstərəcək.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.