
İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb. 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 mlrd. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. manatı ixracın payına düşür.
2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,08% artıb. Sənaye zonalarında 10.400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 460 mln. manata yaxın investisiyanın yatırılması və 4.200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında paylaşım edib.




