Səudiyyə Ərəbistanı maliyyə bazarını stabilləşdirməyə çalışır

Səudiyyə Ərəbistanı Maliyyə Bazarlarının Tənzimləyici Orqanının (SAMA) göstərişi ilə Səudiyyə Mərkəzi Bankı tərəfindən maliyyə bazarına 50 milyard riyal (13.333 milyard dollar) həcmində likvidlik inyeksiyası həyata keçirəcək. Sözügedən “stimullaşdırıcı paket”in icrasının əsas məqsədi koronavirus pandemiyasından təsirlənən bankların likvidlik ehtiyatlarının məqbul səviyyəyə çatdırılması, bununla da kreditləşmənin davamlılığının təmin edilməsidir.

Bu qərar həm də, bankların özəl sektoru və KOB-ları dəstəkləmək üçün restrukturizasiya tədbirlərinə getməsinə, iş yerlərinin qorunub saxlanmasına və gecikmə faizlərinin yenidən nəzərdən keçirilməsinə təşviq edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı banklarının birinci rüb üzrə aktivləri ötən ilin müvafiq rübünə nisbətdə 14% artıb. Özəl sektora ayrılan kreditlərin həcmi isə sözügedən dövrdə 12% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır