Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sənaye zonalarına yatırılan investisiyalar 5 dəfədən çox artıb - BBN

Sənaye zonalarına yatırılan investisiyalar 5 dəfədən çox artıb

Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarına 158,7 milyon manat investisiya yatırılıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.

Məlumata görə, sənaye zonalarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentlərinə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə mühüm vergi və gömrük güzəştləri tətbiq edilir.

Belə ki, rezidentlər əmlak, torpaq və mənfəət vergilərindən azad olunur. Bununla yanaşı, istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğuların gətirilməsinə görə 10 il müddətində ƏDV və gömrük rüsumu tətbiq edilmir.

Agentlik hesab edir ki, tətbiq olunan güzəştlər investorların xərclərinin optimallaşdırılmasına, istehsal imkanlarının genişləndirilməsinə və yeni investisiyaların cəlb olunmasına əlavə stimul yaradır.

Related posts

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının II toplantısı keçirilib

Azərbaycan və Macarıstanın mərkəzi bankları arasında Anlaşma Memorandumu imzalanıb

Beş ayda vətəndaşlara və şirkətlərə 122 milyon manatdan çox vəsait geri qaytarılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı