Noyabrın 8-də Özbəkistanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Daşkənd şəhərində “Kiçik və orta biznes – İƏT ölkələrində iqtisadi inkişafın və tərəqqinin drayveri” mövzusunda 5-ci İƏT biznes-forumu keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan BBN.az-a bildirilib ki, biznes-forumda Özbəkistan hökuməti və İƏT rəsmilərinin, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan və İranın ticarət və sənaye palatalarının rəhbərlərinin çıxışları nəzərdə tutulub. Bununla yanaşı, biznes-forum çərçivəsində sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.
Forumda iştirak etmək istəyən sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər