Home » Sahibkarlar yeni yaradılan “Elektron məlumatlandırma” sistemindən istifadə edə biləcəklər

Sahibkarlar yeni yaradılan “Elektron məlumatlandırma” sistemindən istifadə edə biləcəklər

by anar
0 comment 2 views 1 minutes read

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya sahibkarlara müraciət edib. Müraciətdə sahibkarlara yeni yaradılan “Elektron məlumatlandırma” sistemi haqqında məlumat verilib.

Hörmətli sahibkarlar!

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın işçi qruplarının gözlənilən iclasları barədə məlumatları qabaqcadan elektron poçt vasitəsilə operativ qaydada əldə etməyə imkan verən “Elektron məlumatlandırma” sistemi yaradılıb.

Sistemdə qeydiyyatdan keçməklə siz Komissiyanın fəaliyyəti ilə bağlı məlumat əldə edə və ölkəmizin biznes mühitinin inkişafı naminə islahat təşəbbüslərinin hazırlanmasında və həyata keçirilməsində aktiv iştirak edə bilərsiniz.

Bundan başqa Komissiyanın işçi qruplarının onlayn və üz-üzə keçirilən iclaslarında iştirak edə və işçi qruplarının fəaliyyəti ilə bağlı təkliflər göndərə  bilərsiniz.

Sistemdən istifadə etmək üçün https://azranking.az/protocols-announcements veb səhifəsinə daxil olaraq «Elektron məlumatlandırma» düyməsinə vurmaqla açılan pəncərəyə elektron poçt ünvanınızı daxil edib, 2-ci sətirdə müvafiq işçi qrupunun və ya qrupların üzərinə vurmaqla işçi qruplarının adlarını siyahıya əlavə edə bilərsiniz.

Hər iki sütunda zəruri məlumatlar qeyd edildikdən sonra pəncərənin sol aşağı hissəsində “Təsdiq et” düyməsini vurmaqla müraciətin göndərilməsi tamamlanır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.