Home » Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam edir

Sahibkarlıq subyektlərində nəzarət tədbirləri davam edir

by bbnadm
0 comments 0 views 0 minutes read

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Fevralın 26-da keçirilmiş monitorinqlər zamanı Səbail rayonunda “Bazarstore” mağazasında, Nizami rayonunda Teymur Cabirova məxsus çörək sexində, Binəqədi rayonunda “PAK-46” ərzaq mağazası”nda, Nərimanov rayonunda Əliəkbər Mirzəyevə məxsus pərakəndə ticarət obyektində, ümumilikdə, 4 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.