Home » Unibank daha çevik idaretmə modelinə keçib

Unibank daha çevik idaretmə modelinə keçib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Bank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində yenilik edib. Yeni idarəçilik modelinə əsasən,  qərarların daha operativ verilməsi üçün bankda İcraedici Komitə yaradılıb. Komitənin rəhbəri İdarə Heyəti sədrinin birinci müavini İqor Okayev, müavini isə İdarə Heyəti sədrinin müavini Fərid Abuşovdur.  

Unibank KB İdarə Heyətinin sədri Faiq Hüseynov “Unibank”ın yeni strateji planına uyğun olaraq, yaxın illərdə bank komandasının qarşısında böyük planlar durduğunu qeyd edib: “Biz əminik ki, “Unibank”ın güclü top-menecmenti bu planların öhdəsindən layiqincə gələcək. Yeni  struktur, qarşıya çıxan məsələləri daha çevik və operativ həll etməyə, sürətli dəyişikliklər və innovasiyaları dəstəkləyərək, bütün menecerləri strateji xarakterli məsələlərin həllinə cəlb etməyə imkan verəcək. Bankın bütün səviyyələrində işləyən mütəxəssislərın inkişafına daha çox imkanların yaradılmasına xidmət edən bu idarəetmə modeli, qərarların kollegial qaydada verilməsini təmin edəcək”.

Unibank KB-nin İcraçı Direktoru İqor Okayev bankın dördüncü onilliyə daha güclənmiş komanda ilə daxil olması və bazarda öz mövqeyini daha da gücləndirməsi istiqamətində işlərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib: “Sürətlə yenilənən texnologiya və müştərilərin bu texnologiyaya artan tələbləri, bu sahədə bank sektorunda olan yüksək rəqabət qərarların daha çevik verilməsini zəruri edir. İnanıram ki, bizim yeni struktur daha çevik, kollegial və düzgün qərarlar verməklə,  Bankın qarşısında duran hədəflərə çatmasına nail olacaq.”.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-hər kəsin bankı!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.