Dünyanın nəhəng enerji şirkətlərindən biri olan “Saudi Aramco”nun 2023-cü ildə istehsalın azaldılması və neftin qiymətlərinin kəskin enməsindən sonra gəlirləri azalsa da dividentlərində artım baş verir.
BBN.az BBC Business-ə istinadən xəbər verir ki, bildirilir ki, 2022-ci ildə rekord yaxşı ildən sonra gəlirləri 25% azalıb və 121 milyard dollara, yaxud 91 milyard funt-sterlinqə enib. Lakin ekspertlər isə bildirirlər ki, nəticələr yenə də dövlət əsaslı şirkət üçün 2-ci ən böyük gəlirlilik hesab edilir.
Gözləntilərə əsasən şirkətin dividentləri 98 milyard dollara çatacaq ki, bu da 2022-ci illə müqayisədə 1/3 qədər artım deməkdir. Həmin zaman isə Rusiyanın Ukraynaya hücumundan dolayı şirkət rekord – 161 milyard dollar gəlir əldə etmişdi. Rusiyanın Ukraynaya hücumu isə enerji qiymətlərinin yüksəlməsinə səbəb olmuşdu.
Qeyd edək ki, 2022-ci ildə neftin qiymətləri bir barrel üçün 130 dollara çatmışdı.