Shell 2023-cü ilin I rübü ilə bağlı qazancını elan edib

Neft və qaz nəhəngi Shell 2023-cü ilin I rübündə 9.6 milyard dollar (7.6 milyard funt sterlinq) gəlir əldə etdiyini elan edib. Bununla da onun gəlirləri ilə bağlı hesabat ekspertlərin gözləntilərindən daha güclü olub. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, enerji qiymətlərinin cüzi şəkildə azalmasına rəğmən, 2022-ci ilin eyni dövrü ilə müqayisədə gəlirlərinin daha çox olduğu qeydə alınıb.

Shell-in CEO-su Wael Sawan maliyyə rübü ilə bağlı açıqlamasında əlavə edib ki, şirkət “bazardakı davam edən dəyişkənliyə rəğmən güclü nəticələr və sağlam əməliyyat performansı nümayiş etdirib.

Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya hücumundan və Avropanın Rusiya yanacağından imtina etməsindən dolayı enerji şirkətləri gəlirlərində rekord həcmdə artım əldə etmişdilər. Lakin daha sonra isə pik gəlir artımında azalma qeydə alınmışdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır