Home » Sığorta və investisiya şirkətləri də Açıq bankçılıq platformasına qoşulacaq

Sığorta və investisiya şirkətləri də Açıq bankçılıq platformasına qoşulacaq

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) açıq bankçılıq ekosistemini genişləndirmək məqsədilə həm sığorta, həm də investisiya şirkətlərini platformaya inteqrasiya etməyi planlaşdırır.

Bu barədə AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda artıq alt fintexlərin açıq bankçılıq platformasına inteqrasiyası prosesinə başlanılıb və bununla bağlı həmin şirkətlərə rəsmi məktub göndərilib.

“İlk olaraq “payment initiation” – yəni ödənişlərin təşəbbüsü xidmətini həyata keçirmək üçün banklar, daha sonra isə fintexlər platformaya daxil ediləcək. AMB meqarequlyator kimi açıq maliyyə ekosisteminə sığorta və investisiya şirkətlərini də qoşmağı hədəfləyir,” – deyə F. Tofidi bildirib.

O əlavə edib ki, AMB-nin virtual aktivlərlə bağlı geniş planları mövcuddur və bu istiqamətdə işlər yalnız qanunvericilik bazasının formalaşdırılması ilə məhdudlaşmayacaq. Hazırda virtual aktivlərin tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanır və bu, qurumun prioritet istiqamətlərindən biridir.

“Biz bazarla daha sıx əməkdaşlıq etməyi planlaşdırırıq. Növbəti ildən yeni strateji dövrə hazırlıq işləri başlayacaq və virtual aktivlərlə bağlı fəaliyyətlər bu strategiyanın əsas istiqamətlərindən biri olacaq,” – deyə F. Tofidi vurğulayıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.