Home » Sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələblər müəyyən edilmişdir

Sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələblər müəyyən edilmişdir

by bbnadm
0 rəy 4 baxış 2 dəqiqə oxuma

Sığortalıların hüquqlarının qorunması və sığorta xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədi ilə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü (AVSMMİS) üzrə sığorta müqaviləsi bağlayan sığortaçıların rəsmi internet səhifəsinə dair yeni tələblər müəyyən edilmişdir. Bu yenilik Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2022-ci il 28 dekabr tarixli 60/5 Qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də (Tələblər) edilmiş dəyişikliklərdə göstərilmişdir:

AVSMMİS növünün aparılmasına icazəsi olan sığortaçılar öz rəsmi internet səhifəsi vasitəsilə müvafiq sığorta müqaviləsinin bağlanması imkanına malik olmalı və tələblərin qüvvəyə mindiyi tarixdən etibarən 10 gün ərzində texniki imkanlarını bu tələblərə uyğunlaşdırmalıdırlar.

Bildiririk ki, AVSMMİS növünün aparılmasına icazəsi olan 13 sığorta şirkətinin hər birinin internet səhifəsinə birbaşa və ya İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsi (https://isb.az/) vasitəsilə keçid edərək daxil olmaq mümkündür. Daxil olduqdan sonra vətəndaşlar sığortaçının internet səhifəsində (ana səhifə) gözəçarpan yerdə, şəxslər üçün oxunaqlı başlıq altında yerləşdirilmiş pəncərədə icbari sığorta müqaviləsini əldə edə bilərlər.

Bununla yanaşı mövcud üsullarla, yəni sığorta şirkətlərinin bütün filiallarına və vasitəçilərə də müraciət etmək imkanı qalmaqdadır.

Xatırladırıq ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqavilələrinin bağlanması ilə bağlı qanunvericiliyə əsasən bu növ üzrə icbari sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq icazəsi olan sığorta şirkətləri avtomobillərin icbari sığorta edilməsi ilə bağlı onlara edilən müraciətlərə cavab olaraq avtomobilləri sığortalamaqdan imtina etmək hüququna malik deyildir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.3-cü maddəsinə əsasən, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qeyd edilən məsələ ilə bağlı sığortaçılar tərəfindən imtina halları baş verdiyi təqdirdə vətəndaşlar maliyyə bazarlarına nəzarət funksiyasını həyata keçirən AR Mərkəzi Bankının 966 qaynar xəttinə zəng vurmaqla və ya yazılı şəkildə müraciət etməklə öz şikayətlərini bildirə bilərlər.

Həmçinin vətəndaşlar müvafiq məlumatların alınması üçün 7/24 İcbari Sığorta Bürosunun info@isb.az rəsmi emailinə müraciət edə və 012 595 -00 -20 nömrəli çağrı mərkəzinə zəng vura bilərlər.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.