
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən 15 sığorta şirkəti tərəfindən 610,216 milyon manat həcmində sığorta haqqı toplanılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi isə 304,353 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 31,6 % artım deməkdir.
Məlumata əsasən, ilin ilk 4 ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə isə bu göstərici 39,3 manat olub.
Beləliklə, sığorta sektorunda həm yığımların, həm də ödənişlərin artdığı müşahidə edilir.




