Home » SOCAR-ın prezidenti ITFC-nin baş icraçı direktoru ilə görüşüb

SOCAR-ın prezidenti ITFC-nin baş icraçı direktoru ilə görüşüb

by anar
0 comments 0 views 1 minutes read

14 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İİB arasında uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, İİB tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən energetika sektorunda həyata keçirilən layihələrin Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində SOCAR-ın həyata keçirdiyi investisiya layihələri haqqında məlumat verilib, karbohidrogen ehtiyatlarının dayanıqlı hasilatı, bərpaolunan enerji mənbələrinin inkişafı, habelə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib.

Tərəflər infrastruktur layihələri, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.