Home » SOCAR-ın prezidenti Türkiyə səfiri ilə görüşdü

SOCAR-ın prezidenti Türkiyə səfiri ilə görüşdü

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Aprelin 13-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüş keçirib.Görüşdə Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi və bu prosesdə SOCAR-ın rolu haqqında ətraflı fikir mübadiləsi aparılıb. R. Abdullayev qardaş Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın göstərdiyi xidmətlərdən söz açaraq ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

SOCAR-ın aktivlərinin əhəmiyyətli bir hissəsinin Türkiyədə olduğunu qeyd edən R.Abdullayev şirkətin son illərdə qardaş ölkədə ümumi dəyəri 13 milyard dollardan artıq qiymətləndirilən investisiya layihələri reallaşdırdığını vurğulayıb. O, həmçinin Türkiyə Cümhuriyyətinin həyata keçirdiyi strateji layihələrin də SOCAR tərəfindən daim dəstəkləndiyini, zəruri məqamlarda qardaş ölkəyə ehtiyac duyulan mütəxəssis təminatı göstərildiyini bildirib.

Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Vətən müharibəsi və Qarabağın işğaldan azad edildiyi tarixi günlərdə Azərbaycanda olduğu üçün özünü xoşbəxt hiss etdiyini söyləyib. Səfir Azərbaycanı özünün ikinci Vətəni hesab etdiyini, bundan sonra da Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığının inkişafı naminə çalışacağını, bunun üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu vurğulayıb.                               

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.