Home » “RƏQƏMSAL EKOSİSTEMİN İNKİŞAFINDA MALİYYƏ İNSTİTUTLARININ ROLU” adlı konfransda Rəqəmsal Ticarət Qovşağının yeni funksionalı təqdim olunub

“RƏQƏMSAL EKOSİSTEMİN İNKİŞAFINDA MALİYYƏ İNSTİTUTLARININ ROLU” adlı konfransda Rəqəmsal Ticarət Qovşağının yeni funksionalı təqdim olunub

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə “RƏQƏMSAL EKOSİSTEMİN İNKİŞAFINDA MALİYYƏ İNSTİTUTLARININ ROLU” mövzusunda onlayn konfrans keçirilib. Konfransda Azərbaycanda rəqəmsal mühitin inkişafında əməkdaşlığın rolu, vahid ekosistemin formalaşmasının əhəmiyyəti, bu istiqamətdə çağırışlar və perspektivlər müzakirə olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru  Vüsal Qasımlı Azərbaycanda rəqəmsal ekosistemin inkişafı istiqamətlərindən, ölkə prezidentinin rəqəmsallaşma siyasətindən və aparılan islahatlardan ətraflı məlumat verib. O qeyd edib ki, rəqəmsallaşmanın kommunikasiya xidmətlərindən istifadə etməklə elektron bankçılıq, səhiyyə və digər sahələrdə əhatə dairəsi genişləndirilir. Onun sözlərinə görə, bu gün ölkədə elektron hökümətdən rəqəmsal hökümətə doğru, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid həyata keçirilir və bu da iqtisadi-sosial inkişaf üçün vacib məsələdir. V.Qasımlı işğaldan azad edilmiş ərazilərdə rəqəmsal ekosistemin yaradılması istiqamətində aparılan tədbirlər barədə də məlumat verib. Dünya trendlərini, statistikaları və proqnozları səsləndirən icraçı direktor rəqəmsallaşmanın qlobal müstəvidə mövcud olan geniş inkişaf potensialında Azərbaycanın da payı olduğunu qeyd edib.

Azərbaycanın Mərkəzi Bankının baş direktoru Fərid Osmanov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Paşa Bankın baş icraçı direktoru Taleh Kazımov da açılış nitqləri ilə  bankların rəqəmsallaşması və innovativ həllərin tətbiqinin inkişafa aparan töhfələrindən, ümumilikdə, bank sektorunda mövcud vəziyyət və perspektivlərdən danışıb.

Azərbaycan Rəqəmsal Ticarət Qovşağının (DTH) rəhbəri Məsumə Talıbova Portalın təqdimatını edərək istifadəçilərə təqdim olunan elektron xidmətlərdən, həmçinin Portalın yerli və beynəlxalq əməkdaşlıqlarının rəqəmsal ekosistemin inkişafına müsbət təsirindən danışıb. Həmçinin, tədbirdə DTH-ın və Mərkəzi Bankın “Bank Market” platformasına inteqrasiyası və yeni funksionalın təqdimatı da nümayiş edilib.

DTH vasitəsilə ilk dəfə olaraq məsafədən bank hesabı açan Portalın m-rezidenti Koral Türkkan da xaricdə yaşamasına baxmayaraq Azərbaycanda mövcud olan biznesini Portal vasitəsilə çox rahat şəkildə idarə edə bildiyini və təqdim olunan xidmətlərin bu istiqamətdə çox faydalı olduğunu qeyd edib. O, həmçinin yeni funksionalın da çox geniş imkanlar yaratdığını vurğulayıb. Xüsusilə “Marketplace” formatında olan və geniş bank seçimləri təqdim edən bu funksional istifadəçinin öz ölkəsində filialı olan bir bank seçməsi üçün çox rahat imkan təqdim edib.

Tədbirin ikinci hissəsi maliyyə institutlarının iştirakçılarının sektorun cari vəziyyəti, çağırış və perspektivləri barədə məlumat xarakterli çıxışları ilə davam edib. Sonda isə 100 nəfərin də iştirak etdiyi interaktiv sual cavab sessiyası baş tutub. Bank sektorunun rəqəmsallaşması və rəqəmsal həllərdən istifadə ilə bağlı suallar cavablandırılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.