Home » SOCAR prezidenti bp sədri ilə əməkdaşlığı nəzərdən keçirib

SOCAR prezidenti bp sədri ilə əməkdaşlığı nəzərdən keçirib

by anar
0 comments 0 views 1 minutes read

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp şirkətinin İdarə Heyətinin sədri Helge Lund, şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun ilə görüşüb.

SOCAR-dan BBN.az-a verilən məlumata görə görüşdə bp-nin ölkəmizdəki səmərəli fəaliyyətindən, SOCAR ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin Müqaviləsi”nin Azərbaycanın yeni enerji strategiyasının əsasını qoyduğu, ölkəmiz ilə yanaşı, regionun iqtisadi inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Tərəflər enerji layihələri üzrə mövcud əməkdaşlıq imkanlarını nəzərdən keçirib, insan kapitalı sahəsində təcrübə mübadilələrinin həyata keçirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.