Home » Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

by bbnadm
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Kart istifadəçiləri olan hörmətli bank müştəriləri!

Bank hesabınızda olan pul vəsaitindən səlahiyyətsiz formada istifadə edilməsinin qarşısını almaq üçün ödəniş kartının məlumatlarını digər şəxslərə, hətta bank əməkdaşlarına və ya özünü bank əməkdaşı qismində təqdim edən şəxslərə bildirməyin.

Ödəyəcəyiniz məbləğ müqabilində pul vəsaiti qazanacağınızı vəd edən sosial şəbəkələrdə yayılmış piramida tipli dələduzluq sxemlərinə qoşulub, tanımadığınız şəxslərin ödəniş kartına pul vəsaiti köçürməyin.

Heç bir halda ödəniş kartının üzərində olan 16 rəqəmli nömrə, ödəniş kartının son bitmə tarixi, arxasında yerləşən CVV (3 rəqəmli) kod, SMS məlumatlandırma əsasında əldə etdiyiniz birdəfəlik şifrəni (4 və ya 6 rəqəmli) digər şəxslərə təqdim etməyin. Bu halda itirilmiş vəsaitin geri qaytarılması mümkün olmayacaqdır!

Yadda saxlayın ki, bank(lar) tərəfindən telefon zəngləri və ya digər formada ödəniş kartına dair məlumatların təqdim olunması ilə bağlı kart sahiblərinə müraciətlər edilmir.

Qeyd edilən hallarla qarşılaşdığınız zaman dərhal ödəniş kartının üzərində olan telefon nömrələri ilə əlaqə saxlayın.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.