Home » Son üç ayda 77,7 min şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub

Son üç ayda 77,7 min şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub

by bbnadm
0 comments 0 views 0 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin birinci rübündə 77 687 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Onlardan 12820 nəfəri “Əmək və məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən münasib vakansiyalar üzrə işlə təmin edilib. 1245 nəfər isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Yanvar-mart aylarında 2190 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 61 432 şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.