0
Texnologiya sahəsinin nəhəng şirkətlərindən olan “Sony” Yaponiya mərkəzli avtomobil istehsalçısı “Honda Motor Company” ilə güclərini birləşdirərək elektriklə işləyən avtomobil istehsalına başlayacağını açıqlayıb.
Tərəfdaşlıq çərçivəsində yaradılacaq ortaq şirkətin adı və investisiya məbləği ictimaiyyətə açıqlanmasa da, ilkin elektromobil modelinin 2025-ci ildə satışa çıxarılacağı vurğulanıb.