Home » Sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olub

Sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olub

by anar
0 comment 0 views 1 minutes read

2023-cü ilin yanvar-iyun ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,5 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 304,9 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq 1,6 milyard manatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artaraq 88,8 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,3 faiz artaraq 65 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz artaraq 452,2 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21 faiz artaraq 314,6 milyon manat təşkil edib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.