0
Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-oktyabr ayları ərzində 27 678 vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin 11 419-u ünvanlı dövlət sosial yardımı, 6 469-u pensiya təyinatı, 6 241-i sosial müavinət və təqaüd, 279-u sosial sığorta və fərdi uçot, 3 270-i isə digər istiqamətlər üzrə olub.